Şirvanda “Zəfər ağacları”

post-img

Şirvan şəhərində 8 Noyabr Zəfər Günü münasibətilə keçirilən silsilə tədbirlərin davamı olaraq ağacəkmə aksiyası təşkil olunub.

Aksiyada Şirvan Şəhər İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, xidmət təşkilatlarının kol­lektivləri və ictimaiyyət nü­mayəndələri iştirak ediblər. 

Şəhərin Heydər Əliyev parkında və Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkındakı “Zəfər abidəsi” ətrafında keçirilən ağacəkmə aksiyasında ümu­milikdə 500-dən artıq müxtə­lif növ ağaclar əkilib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib. 

Yerli sakinlər bu ağacları “Zəfər ağacları” adlandırıblar.

XQ

Sosial həyat