Qəbələdə şəhid ailələri ziyarət olunub

post-img

Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi Qəbələ rayonunda daim ehtiramla anılır. 

Rayon rəhbərliyi Azər­baycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının ailələrini mütəmadi olaraq evlərində ziyarət edir, onlara mənəvi dəstək olur.

8 Noyabr Zəfər Günü ərəfəsində Qəbələ Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, həmçinin idarə, müəssisə və təşkilatların mə­sul nümayəndələri tərəfindən şəhid ailələri, qazilər ziyarət olunub, onları narahat edən məsələlərin həlli nəzarətə götürülüb, ailələrə bayram sovqatı təqdim edilib.

Şəhidlərin ailə üzvləri və qazilər onlara göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

XQ

Sosial həyat