Mübariz Qurbanlı: Qərbi Azərbaycanla bağlı tədqiqatlarımızı dərinləşdirməliyik

post-img

"Azərbaycan dövləti və xalqı ermənilərlə yalnız hərb cəbhəsində üz-üzə olmamalıdır. Bu mənada, bütün sahələrdə xalq olaraq mübarizəmiz davam edir”.

Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Qərbi Azərbaycana Qayıdış: Tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabının təqdimatında çıxışı zamanı bildirdi.

Sədr dedi ki, Qərbi Azərbaycanla bağlı tədqiqatlarımızı dərinləşdirməliyik. Alimlərimizin qələmi qılınca çevrilməlidir. Tədqiqatlarımızı dərinləşdirməklə daha çox məsələni gün üzünə çıxara bilərik.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Sosial həyat