Xalq şairi Sabir Rüstəmxanlı ilə gənclərin görüşü

post-img

Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlı ilə gənclər təşkilatlarının "Ədəbiyyatımızın təbliğində gənclərin rolu" mövzusunda görüş baş tutub. 

Görüş “Libraf” kitab mağazaları şəbəkəsinin “Elmlər” filialında olub.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən görüş zamanı şair Azərbaycan ədəbiyyatı, onun bu günkü vəziyyəti və təbliğində gənclərin rolu, mütaliə mədəniyyəti, gənclərin bədii ədəbiyyata marağının artırılması ilə bağlı qənaətlərini iştirakçılarla bölüşəüb.

Xalq şairi şeirlərini səsləndirib, gənclərin suallarını cavablandırıb. Sonda gənclərə imzalı kitablarını hədiyyə edib.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Mədəniyyət