Paytaxtda lövhə oğurluğu

post-img

Bakının mərkəzində oğurluq hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən mətbuata verilən xəbərə görə, noyabrın 3-də Səbail rayonu ərazisindən 1400 manat dəyərində 2 ədəd parklanma lövhəsinin oğurlanması barədə polisə məlumat daxil olub.

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəti­cəsində oğurluq əməlində şübhəli bilinən Cəlilabad rayon sakini, əv­vəllər məhkum olunmuş Niyaməd­din Fərəcov müəyyən olunaraq saxlanılıb.

XQ

Sosial həyat