İrəvan teatrında “Nurlu ömrün anları”

post-img

“Aktyorlar evi”nin səhnəsində Teatr Xadimləri İttifaqının “Qonaq teatrlar” la­yihəsi çərçivəsində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı­nın 142-ci mövsümünün açılış mərasimi olub.

Təqdimat mərasimində İrəvan Te­atrının istedadlı aktyorlarının ifasında şair-dramaturq İftixar Piriyevin “Nurlu ömrün anları” tamaşası nümayiş etdi­rilib. Heydər Əliyevin 100 illiyinə həsr olunmuş və “Ulu öndər Heydər Əliyev irsini öyrənirik” layihəsi çərçivəsində nümayiş etdirilən tamaşa müstəqillik tariximizin gərgin dövrlərinə, müasir Azərbaycanın parlaq səhifələrini yara­dan görkəmli dövlət xadiminin liderlik fəaliyyətinə həsr olunub.

Səhnə əsərində dövlət müstəqilli­yini əldə etmiş Azərbaycanın hərtərəfli inkişafı, bu prosesdə Heydər Əliyevin azərbaycançılıq məfkurəsi və xalq bir­liyi, Ulu öndərin Qarabağ məsələsində qətiyyətli mövqeyi və Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altın­da Azərbaycanın Zəfər yürüşü təntənəsi öz əksini tapır.

Ə.DOSTƏLİ
XQ

Sosial həyat