Ucqar kənd məktəblərində qış hazırlığı nə yerdədir?

post-img

“2023/2024-cü tədris ili başlayıb və artıq Elm və Təhsil Nazirliyi məktəblərin oduna olan ehtiyacını ödəmək üçün yay aylarından etibarən tenderlər keçirib". Bu fikirləri təhsil eksperti Kamran Əsədov XQ çıqlaması zamanı bildirib.

Onun sözlərinə görə, son üç il ərzində orta ümumitəhsil məktəblərində qışa hazırlıq istiqamətində müsbətə doğru ciddi dəyişikliklər var: “Hazırda ölkədə 4432 orta ümumtəhsil məktəbi var və bizim orta ümumtəhsil məktəblərimizdə 1,6 milyon şagird təhsil alır. Bu məktəblərin 2000-ə qədəri kənd məktəbləridir, artıq noyabr ayının 10-dan sonra iqlim ciddi şəkildə dəyişir, xüsusi ilə dağlıq və dağətəyi ərazilərdə qış rejimi demək olar ki, başlayıb.

Mövcud qaydalara uyğun olaraq, məktəblərdə istilik sistemləri noyabr ayının 15-dən sonra aktivləşir, amma son 3 il ərzində görürük ki, məktəblərin oduna olan ehtiyacı daha tez həll olunur. Ötən illərdə bununla bağlı tenderlər daha gec keçirilirdi. 

Son üç il ərzində orta ümumitəhsil məktəblərində qışa hazırlıq istiqamətində dəyişiklik var. Nazirlər Kabneti tərəfindən təsdiq edilmiş qaydalar əsasən, qış rejiminə keçid və isinmə noyabrın 15-dən icazə verilsə də, artıq 3 ildir ki, Elm və Təhsil Nazirliyi öz daxili imkanları hesabına qış rejiminə daha tez keçən əraziləri istiliklə təmin edir.

Orta ümumtəhsil məktəblərimiz 3 vasitə ilə isidilir; onlar mərkəzi qazanxanalar,odun və qazla. Dağətəyi rayonlarda qarın yağdığı və hava tempraturunun soyuq olduğu bölgələrdə odun və qazla isidilən məktəblərdə oktyabrın son həftəsindən istilik verilir, amma etiraf etmək lazımdır ki, hələ də elə məktəblərimiz var ki, onlar qəzalı məktəblərdir və istilik sistemlərini qurulması ilə bağlı problemlər var.

Bütün bunları nəzərə alsaq,son 3 ildə orta məktəblər qış aylarında ötən illərə müqayisədə daha hazırlıqlı olur. 2023/2024-cü tədris ili  başlayıb və artıq Elm və Təhsil Nazirliyi məktəblərin oduna olan ehtiyacını ödəmək üçün yay aylarından etibarən tenderlər keçirib. Son bir il ərzində kömürün, odunun məktəblərə göndərilməsi,qazanxanaların, istilik sistemlərinin təşkili daha ciddi rejimə keçib.
Qış rejiminə lazım olan bütün avadanlıqlar hazırda məktəblərə göndərilib və biz rahatlıqla deyə bilərik ki, məktəblərimiz böyük əksəriyyəti qış rejiminə hazırdır“.

Ayşən Azadova

Sosial həyat