Sosial xəbərlər

post-img

Əmək və Əhalinin Sosial Mü­dafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və kommunikasiya şö­bəsindən XQ-yə verilən son mə­lumatda bildirilir:

Tibbi-Sosial Ekspertiza və Reabilita­siya Agentliyi tərəfindən bu ilin yanvar–sentyabr aylarında 36 min 900 şəxsə əlillik təyin edilib. 

Onlardan 18 min 200 nəfərinə ilkin, 18 min 700 şəxsə isə təkrar əlillik təyi­natı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlil­liyə görə proaktiv qaydada sosial ödə­nişlər təyin olunub. Qeyd olunan dövr­də agentliyin müəssisələrində 60 min şəxsə reabilitasiya xidmətləri göstərilib. 

***

9 ayda DOST mərkəzlərində 518 min vətəndaşa xidmət göstə­rilib, məmnunluq səviyyəsi 98,2 faiz təşkil edib.

DOST mərkəzləri şəbəkəsinin geniş­ləndirilməsi istiqamətində növbəti addım olaraq bu il avqustun 7-də Prezident İlham Əliyevin iştirakı ilə Bərdədə Qara­bağ Regional DOST mərkəzinin açılışı olub. Beləliklə, bu mərkəzlərin sayı 7-ə çatıb. DOST konsepsiyası əsasında 159 sosial xidmət “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətən­daş rahatlığı və məmnunluğuna uyğun təqdim olunur. “Könüllü DOST” proqra­mına isə bu ilin 9 ayında 20 min 800-ə yaxın müraciət olub və proqrama daha 1123 nəfər cəlb edilib.

***

Məşğulluq imkanlarının artırıl­ması, qeyri-rəsmi məşğulluğun leqallaşdırılması istiqamətində görülən kompleks tədbirlər bu il də əmək müqavilələrinin sayında artıma imkan verib.

2023-cü ilin yanvar–sentyabr ayla­rında ölkəmizdə əmək müqavilələrinin sayı ilin əvvəlinə nisbətən 24 min müqa­vilə və ya 1,4 faiz artaraq 1 milyon 770 minə çatıb. Əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım əmək­haqqı fondunda da davamlı artımla nə­ticələnir. 9 ayda əməkhaqqı fondunda daha 12 faiz artım olub. Ümumilikdə, son 5 ildə əmək müqavilələrinin sayında 35 faiz, əməkhaqqı fondunda 2,6 dəfə artım baş verib.

 

Z.HÜSEYNOVA
XQ





Sosial həyat