“Naxçıvandan başlanan yol”

post-img

Dünən Naxçıvanda Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Naxçıvandan başlanan yol” mövzusunda konfrans keçirilib. 

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli məclisdə çıxış edərək bildirib ki, Ulu ön­dər ölkəyə rəhbərliyinin hər iki dövründə gerçəkləşdirdiyi müdrik və uzaqgörən siyasətlə Azərbaycanı bütün sahələrdə inkişafa qovuşdurub, dünyada tanınıb. O, geniş milliləşmə siyasəti ilə mənəvi dəyərlərimizi də dirçəldib, ölkəni və xalqı müstəqillik epoxasına hazırlayıb. 

Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın müstəqilliyinin təməli məhz ötən əsrin 90-cı illərində Naxçıvan­da atılıb. Sonrakı dövrlərdə ümummilli liderin siyasi irsinə sadiqlik Azərbaycanı regionda və beynəlxalq miqyasda lider dövlətə çevirib. Prezident İlham Əliyevin çoxvektorlu, qətiyyətli siyasəti nəticəsin­də bütün sahələrdə davamlı inkişafa, o cümlədən, ölkə iqtisadiyyatında misilsiz yüksəlişə nail olunub.

Azərbaycan Sahibkarlar Konfedera­siyasının prezidenti Məmməd Musayev, Naxçıvanın iqtisadiyyat naziri Tapdıq Əli­yev və kənd təsərrüfatı nazirinin müavini edən Xəyalə Dadaşova, Mərkəzi Bankın Naxçıvan İdarəsinin sədri Elçin Əliyev Ümummilli liderin yaratdığı tarixi əsaslar üzərində son 20 ilin Azərbaycanın dövlət­çilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü olduğunu bildiriblər. 

Konfransd, Ulu öndər Heydər Əliyevin mənalı ömür yolunu və zəngin fəaliyyətini əks etdirən film nümayiş etdirilib.

XQ

Sosial həyat