Peyvənd təhlükəsizliyi ilə bağlı beynəlxalq dəstək davam edir

post-img

Avropa İttifaqının maliyyələşdirdiyi “Vaksinasiyaya dəstək” layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı “İmmunizasiyadan sonrakı arzuolunmaz hallar (İSAH): epidemioloji müşahidə və səbəb-nəticənin qiymətləndirilməsində müasir yanaşmalar” adlı üçgünlük seminar təşkil edib. Tədbir ÜST-nin Avropa üzrə Regional Ofisinin ekspertlərinin İSAH sahəsi üzrə qabaqcıl təcrübəni iştirakçılara interaktiv yolla təqdim etdiyi təlim formatında keçirilib.

Seminarın əsas məqsədi immu­nizasiyadan sonrakı arzuolunmaz halların aşkarlanması və səbəb-nə­ticə əlaqəsinin qiymətləndirilməsi üçün milli mexanizmləri möhkəm­ləndirərək, peyvənd təhlükəsizliyinə nəzarət üzrə ölkədaxili mövcud sis­temlərin gücləndirilməsinə dəstək olmaqdır. 

Tədbirdə açılış nitqi ilə çıxış edən ÜST-nin Azərbaycan Ofisinin rəhbəri Dr. Hande Harmancı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai səhiyyə və xəstəliklərə nə­zarət şöbəsinin məsləhətçisi Vüsalə Səfərova İSAH-nin epidemioloji mü­şahidəsinin immunizasiya proqra­mının mühüm istiqamətlərindən biri olduğunu diqqətə çatdırıblar.

Tədbirdə 40 nəfərə yaxın milli immunizasiya proqramı və dərman nəzarəti orqanlarının nümayəndələ­ri, habelə ilkin səhiyyə və xəstəxana xidmətləri, habelə tibb təhsili proq­ramları üzrə mütəxəssislər iştirak edib. 

Seminar İSAH-nin qiymətləndiril­məsi və idarə olunması üçün vacib olan mövzuları - müşahidə və mo­nitorinq üsulları, İSAH klasterlərinin araşdırılması, İSAH-nin epidemioloji nəzarəti üzrə ÜST təlimatlarının və resurslarının nəzərdən keçirilməsi, İSAH üzrə kommunikasiyanın qurul­ması yolları, peyvənd təhlükəsizliyi­nin şəffaflığı və s. məsələləri əhatə edib. Tədbirdə həmçinin onlayn for­matda ABŞ, Estoniya və Gürcüstan mütəxəssisləri tərəfindən bu ölkələr­də İSAH üzrə qurulmuş epidemio­loji nəzarət sistemi ilə bağlı uğurlu təcrübə haqqında iştirakçılara ətraflı məlumat verilib.

Seminarın son günü iştirakçılar 3 gün müddətində təqdim olunan informasiyanın təhlili məqsədilə qrup işinə cəlb olunub. Daha sonra qruplar əldə olunan məlumatlar əsa­sında ölkədə İSAH-la bağlı boşluq­ları müzakirə edib və gələcəkdə bu sahənin təkmilləşdirilməsi üçün əsas istiqamətlər müəyyən olunub. Se­minarın sonunda iştirakçılar tədbirin keçirilməsini İSAH üzrə sistemlərin inkişaf etdirilməsi yolunda irəliyə atı­lan addım kimi qiymətləndirib və bu sayədə səhiyyə sistemi qarşısında yeni və əhəmiyyətli imkanlar yaran­dığını bildiriblər. 

Xatırladaq ki, Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə və rutin immunlaşdır­ma proqramlarının gücləndirilməsi məqsədilə ÜST-nin Azərbaycandakı Ölkə Ofisi 2021-ci ilin iyun ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə üç illik COVID-19 əleyhinə “Vaksinasiyaya Dəstək” layihəsini həyata keçirir. Layihə Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycana davamlı dəstəyinin tər­kib hissəsidir.

Z.BƏŞİRQIZI
XQ

Sosial həyat