Türkiyə-Azərbaycan Universitetinin (TAU) rektoru vəzifəsini icra edən professor Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Synergia Academy” şirkətində olub.
Bu barədə AZƏRTAC-a TAU-dan məlumat verilib.
Görüşün əsas məqsədi TAU-da universitet-sənaye işbirliyi çərçivəsində sənaye müəssisələrinin peşə tələblərinə uyğun birgə təlim imkanlarının müzakirəsi, xüsusilə qida mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrin əmək bazarının tələblərinə cavab verən kadr kimi yetişdirilməsi olub.
TAU-nun rektoru vəzifəsini icra edən professor Vilayət Vəliyev universitetdə görülən işlərlə bağlı məlumat verib.
“Synergia Academy” şirkətinin icraçı direktoru Rəna Əfəndiyeva TAU ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Daha sonra sənaye müəssisələrinin peşə tələblərinə uyğun birgə təlim imkanları barədə geniş təqdimat olub, mümkün təlim istiqamətləri və idarəetmə mexanizmləri üzrə ətraflı məlumat verilib. Hacettepe Universitetinin professoru Vural Gökmen Türkiyə universitetlərinin bu istiqamətdə təcrübəsini bölüşüb.
Görüş zamanı TAU və “Synergia Academy”nin xarici ölkələrin qabaqcıl mühəndislik universitetləri ilə birgə tədris və tədqiqat layihələrini həyata keçirməsi imkanları müzakirə olunub.
Görüşdə Hacettepe Universitetinin professoru Vural Gökmen də iştirak edib.