Əfqanıstanın Kunar əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 800 nəfərə çatıb, yaralıların axtarışı və xilasetmə işləri davam etdirilir.
AZƏRTAC xəbər verir ki, ilkin məlumata görə, təbii fəlakət nəticəsində 2,5 mindən çox insan yaralanıb.
Hakimiyyət orqanları zəlzələdən zərər görən bölgələrdə xilasetmə əməliyyatının davam etdiyini, lakin ərazidə şəraitin çətin olması səbəbindən işlərin ləng getdiyini bildirirlər.
Avropanın Aralıq Dənizi Seysmologiya Mərkəzi zəlzələnin maqnitudasının 6,2 bal gücündə olduğunu, episentrinin isə Əfqanıstanın Cəlilabad şəhərindən 50 kilometr şimal-şərqdə və yer səthindən 10 kilometr dərinlikdə yerləşdiyini açıqlayıb.