Şəhid ailələrinə ehtiram hər kəsin borcudur

post-img

Cəlilabadda “Tək millət, tək ürək” Beynəlxalq Humanitar Platforması çərçivəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Mədəniyyət Nazirliyi və rayon icra hakimiyyətinin dəstəyi və şəhid ailələrinin iştirakı ilə görüş keçirilib.

Heydər Əliyev Mərkəzində davam edən məclisdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov 44 günlük Vətən müharibəsində rəşadətli Azər­baycan Ordusunun qazandığı parlaq Qələbədən söz açıb, hərbi qulluqçuların göstərdi­yi misilsiz şücaətlərdən bəhs edib.

Müdafiə Nazirliyinin qadın­lar və hərbi qulluqçuların ailələ­ri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova Vətən qur­banlarının xatirəsinin hər za­man böyük ehtiramla yad edil­diyini diqqətə çatdırıb, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan danışıb.

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi İdarə Heyəti­nin sədri Hüseyin Büyükfırat isə bildirib ki, “Tək millət, tək ürək” Beynəlxalq Platforması çərçivəsində indiyədək 2300 şəhid ailəsi və qazi ilə təmas qurulub, onlara xüsusi qayğı göstərilib. Diqqətə çatdırılıb ki, Ulu öndər Heydər Əliyevin de­diyi "Təhsil millətin gələcəyidir" kəlamı rəhbər tutularaq, şəhid və qazi övladlarının Türkiyə universitetlərində təhsil alma­sını təmin etmək üçün addım­lar atılıb. Belə ki, hazırda Sivas Cümhuriyyət Universitetində onların sponsorluğu ilə 19 azərbaycanlı gənc təhsil alır. 

Dövlət Sosial Müdafiə Fon­du ilə birgə hazırlanan "Qardaş ailə" layihəsi çərçivəsində isə 5 şəhid ailəsi Türkiyənin Sivas, Şanlıurfa, Bursa, Balıkesir və İsparta şəhərlərinə səfər edib, oradakı şəhid ailələri ilə qar­daşlaşıblar. “Yaşat” Fondu ilə birgə hazırlanan layihə çərçivə­sində isə 20 şəhid övladı İstan­bul və Çanaqqala şəhərlərinə yay düşərgəsinə göndərilib. Çıxışlarda xüsusi vurğulanıb ki, göstərilən hərtərəfli diqqət şəhid ailələrinin halal haqqıdır.

Məclis konsert proqramı ilə davam edib.

XQ

Sosial həyat