Qırğızıstandakı Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşəbbüsü ilə Bişkekdəki “Uluu Toolor” nəşriyyatında Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan və rus dillərində “Azərbaycanda milli hərəkat” kitabı nəşr edilib.
Kitab 2009-cu ildə Bakıdakı “Elm” nəşriyyatında çap olunub.
Nəşrin tərtibçisi və “Ön söz”ün müəllifi mərhum professor Şirməmməd Hüseynovdur.
Nəşrin redaktoru isə mərhum professor Nəsir Əhmədlidir.
Fondun ənənəsinə uyğun olaraq kitab Mərkəzi Asiya ölkələrində pulsuz yayılacaq.
Gələcəkdə kitabın qırğız, ingilis dillərində çap olunması da nəzərdə tutulur.
Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri
Bişkek