“iPhone 15 Pro Max” ön kamerasının keyfiyyətinə görə dünyanın ən yaxşı smartfonu olub. Qurğu 114 xal toplayaraq ən yaxın rəqibi olan “iPhone 14 Pro”nu dörd xal qabaqlayıb.
Mütəxəssislərin fikrincə, “iPhone 15 Pro Max” çəkiliş zamanı əla nəticələr nümayiş etdirir. Bundan əlavə, smartfonun ön kamerası yüksək keyfiyyətli stabilizasiya sistemi ilə təmin olunub.
Bununla belə, smartfonun çatışmazlıqları da olub. Belə ki, bəzən şəkillərdə artefaktlar nəzərə çarpır, həmçinin hərəkətli video çəkərkən kadrların kəskinliyində nəzərəçarpacaq fərq var.
AYTƏN
XQ