Dünən AMEA-da Türkiyə-Azərbaycan Yüzüncü İl Platformasının təşkilatçılığı ilə “Heydər Əliyev 100: Türkiyə Yüz İli” mövzusunda tədbir keçirilib.
AMEA prezidenti, akademik İsa Həbibbəyli “Heydər Əliyev İli”ndə ölkəmizdə və dünyada keçirilən tədbirlər, çap olunan nəşrlər barədə danışaraq onların Azərbaycanın uğurlarının təbliğinə xidmət etdiyini bildirib.
Akademik İ.Həbibbəyli diqqətə çatdırıb ki, ötən bir il ərzində Ulu öndərin 100 illiyi bütün dünyada, xüsusən Türkiyədə yüksək səviyyədə, eyni zamanda, Türkiyə Cümhuriyyətinin 100 illiyi ölkəmizdə qeyd olunub.
Türkiyə–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri, Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım, Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver və başqaları çıxış edərək Azərbaycan–Türkiyə qardaşlığından, bu birliyin dünya durduqca davam edəcəyindən danışıblar.
XQ