Sentyabrın 29-da xarici işlər naziri Ceyhun Bayramov Rusiya Prezidentinin müşaviri, Prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Rusiya arasında mövcud əməkdaşlıq, o cümlədən ətraf mühitin qorunması sahəsində mümkün tərəfdaşlıq perspektivləri, Azərbaycanın antiterror tədbirlərindən sonra bölgədəki cari vəziyyət, eləcə də humanitar yardım məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov, həmçinin həmsöhbətini Ermənistanın və onun ölkəmizdə qurduğu qondarma rejimin regional sülh və təhlükəsizliyə törətdiyi çağırışlar barədə ətraflı məlumatlandırıb, Azərbaycanın beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə özünün suveren ərazisində icra etdiyi lokal antiterror tədbirlərini şərtləndirən səbəblərdən bəhs edib.
Nazir Ceyhun Bayramov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası üzrə dialoqa sadiqliyi, ölkəmizin erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün kompleks tədbirləri davam etdirəcəyi bir daha vurğulanıb.
XQ