Müavinət və təqaüdlər yüksəlib

post-img

Dövlət Sosial Müdafiə Fondu ötən 8 ayda 464 min nəfərə sosial müavinət, 375 min nəfərə Prezident təqaüdü ödəyib.

Həmin dövrdə əhaliyə sosial müa­vinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 25 faiz çox olmaqla 662 milyon manat, Prezident təqaüdləri üzrə 21 faiz çox olmaqla 428 milyon manat ödənilib. Yanvar-avqust aylarında 90 min 800, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 520 min müa­vinət və təqaüd təyinatı e-sistem üzərin­dən proaktiv qaydada həyata keçirilib.

111 min 900 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən, proaktiv qaydada həyata ke­çirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2019-cu ilin əvvəlindən başla­yaraq həmin sosial ödənişlərin təyinatı­nı elektronlaşdırıb.

Bu da vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən onlara müvafiq təyinatların e-qaydada aparılmasına imkan verib.

Ötən dövrdə 92 min500-ü pensiya, 520 mini isə müavinət və təqaüd olan 612 min 500 təyinat e-sistem üzərindən proaktiv qaydada aparılıb.

Zərifə HÜSEYNOVA
XQ

Sosial həyat