Pensiya ödənişləri artıb

post-img

Cari ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 16 faiz (523 milyon manat) çox olmaqla 3 milyard 797 milyon manat vəsait yönəldilib. Pensiyaların artırılması istiqamətində növbəti addımlar olaraq, cari il fevralın 1-dən minimum pensiya 240 manatdan 280 manata çatdırılıb. 

Keçən il pensiyaçılara verilən maddi yardımlar 2023-cü ilin əvvəlindən on­ların pensiyaları tərkibinə daxil edilib və bu artımdan sonra pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik ar­tım tempinə uyğun şəkildə 14,7 faiz indeksləşdirilməklə artırılıb. Bu ilin yan­var-avqust aylarında pensiyaların orta aylıq məbləği 18 faiz artaraq 435 mana­ta, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 17 faiz artaraq 466 manata çatdırılıb.

Qeyd olunan dövrdə 21 min 100, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 92 min 500 pen­siya təyinatı e-sistem üzərindən proak­tiv qaydada aparılıb.

Zərifə HÜSEYNOVA
XQ

Sosial həyat