Ceyhun Bayramov BMT müzakirələrində

post-img

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının “Etimadın yenidən qurulması və qlobal həmrəyliyin yenidən alovlandırılması: 2030-cu il Gündəliyi və onun Dayanıqlı İnkişaf Məqsədləri üzrə sülh, firavanlıq, tərəqqi və hamı üçün dayanıqlılıq istiqamətində fəaliyyətin sürətləndirilməsi” mövzusunda ümumi müzakirələrində iştirak və çıxış edib. 

Dünyanın sərhədləri aşan çoxsaylı problemlərlə üzləşməkdə davam etdiyini vurğulayan nazir bildirib ki, iqlim dəyişik­liyi tendensiyalarının kəskinləşməsindən tutmuş köklü yoxsulluğa, artan gərginliyə və dağıdıcı pandemiyalara qədər bu ça­ğırışlar yerimizdən və ya məkanımızdan asılı olmayaraq hamımızı narahat edir, cəsur və yekdil tədbirlər tələb edir: “Hazır­kı beynəlxalq siyasət getdikcə daha çox parçalanır və çoxtərəfliliyin bölünməsinə və aşınmasına gətirib çıxarır. Bu çağırışın qarşısını almaq üçün çoxəsrlik müxtəlif­lik və multikulturalizm ənənələrinə sahib olan Azərbaycan müxtəlif mədəniyyətlər və dinlər arasında dialoqun, qarşılıqlı an­laşmanın və hörmətin təşviqinə qətiyyətlə inanır”. 

Ceyhun Bayramov qeyd edib ki, Azər­baycan hökuməti “Bakı Prosesi” və “Mə­dəniyyət naminə sülh” kimi mühüm qlobal təşəbbüslər vasitəsilə mədəniyyətlərarası və dinlərarası dialoqu ardıcıl surətdə təş­viq edib: “Artan çağırışlar fonunda Bir­ləşmiş Millətlər Təşkilatının beynəlxalq həmrəyliyi və əməkdaşlığı gücləndirməyə davam etməsi vacibdir”.

Nazir çıxışının davamında deyib ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinin ciddi riayət olunmasına, ayrı-seçkilik olmadan tətbiqinə söykənən BMT-nin əsasını təşkil edən çoxtərəfli sistemin fəallaşmasının və islahatların aparılmasının tərəfdarıdır: “Bu baxım­dan, gələcəyin Zirvə Toplantısının qlobal fəaliyyəti gücləndirmək və BMT Nizam­naməsinə və çoxtərəfliliyə kollektiv öh­dəliyi nümayiş etdirmək üçün bir fürsət olacağına ümid edirik”.

Azərbaycanın milli səviyyədə və Qo­şulmama Hərəkatının Sədri kimi sülh, təhlükəsizlik və qlobal Dayanıqlı İnkişaf Gündəliyinə töhfə verməkdə davam etdi­yini, beynəlxalq həmrəylik və çoxtərəfliliyi təşviq etmək üçün səylərini əsirgəmədi­yini söyləıyən Ceyhun Bayramov bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması­nın təşəbbüskarı olub. Nazir qeyd edib ki, təmiz mühit və yaşıl inkişaf yeni milli inkişaf strategiyamızın beş prioritet is­tiqamətindən birinə çevrilib. Azərbaycan könüllü olaraq 2050-ci ilə qədər istixana qazı tullantılarını 40 faizə endirməyi və Qarabağ və Şərqi Zəngəzur bölgələrində yaşıl enerji zonası yaratmağı öhdəsinə götürüb. 

Otuz ilə yaxın hərbi işğal nəticəsin­də xalqımızın çəkdiyi misli görünməmiş əzablara, məhrumiyyətlərə və dağıntılara baxmayaraq, Azərbaycan normallaşma gündəliyi təşəbbüsü ilə çıxış edib: “Ölkə­miz qarşı tərəfə bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərin bütöv­lüyü və toxunulmazlığının qarşılıqlı tanın­ması və hörmət edilməsi çərçivəsində hər iki tərəfin legitim maraqlarına bərabər və qarşılıqlı hörmətə əsaslanan sülh təklif edib. Beləliklə, Azərbaycan və Ermənis­tan arasında möhkəm sülhün bərqərar olması səyləri yenidən Ermənistanın re­vanşizm siyasətinin qurbanına çevrildi”.

XQ

Siyasət