"Formula 1": Azərbaycan Qran Prisində ikinci günə start verilir

post-img

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran Prisində ikinci günə bu gün start verilir.

Öncə pilotlar üçüncü sərbəst yürüşdə iştirak edəcəklər.

Daha sonra "Formula 2"də sprint yarışı, ardınca "Formula 1"də sıralama turu baş tutacaq.

Azərbaycan Qran Prisində ikinci günün proqramı aşağıdakı kimidir:

20 sentyabr

12:30. "Formula 1": Üçüncü sərbəst yürüş

14:15. "Formula 2": Sprint yarışı

16:00. "Formula 1": Sıralama turu

XQ

 

 

İdman