“Yüksəliş” müsabiqəsi istedadlara meydan açır

post-img

Ölkəmizdə gənclərin inkişafı üçün müxtəlif layihələr və dövlət proqramları həyata keçirilir. Bu istiqamətdə atılan ən uğurlu addımlardan biri “Yüksəliş” müsabiqəsidir. İstedadlı gənclərin üzə çıxarılmasında və onların fəaliyyətlərində motivasiya yaradılmasında bu layihənin mühüm rolu var. 

Bu il “Yüksəliş”in sayca 3-cü müsabiqəsi keçirilib. Bu dəfə bir neçə iştirakçı eyni nəticəni göstərdiyinə görə qaliblərin sayı 20 deyil, 22 olub.

Həmin qaliblərdən Toğrul İs­lam Azərbaycan Universitetinin biznesin təşkili və idarə edilməsi fakültəsinə qəbul olunub. Təhsili­ni xaricdə davam etdirib – ABŞ-ın Corcia Universitetinin Biznes Kollecində oxuyub. ADA Univer­sitetində isə ixtisası üzrə (MBA proqramı) magistratura təhsili alıb. Hazırda “PAŞA Həyat Sığor­ta” ASC-də Baş mühasibdir.

Toğrul karyera yolu barədə bunları bildirdi:

– Yüksəliş yoluna çıxmaq istəyən gənclər bu müsabiqəyə müraciət etməlidirlər. Bir il müd­dətində “Yüksəliş”in təcrübə paylaşımı proqramından istifadə qaliblərin starteji düşüncə qabliy­yətlərini artırır. Ona görə də hər bir gənc bu şansdan istifadə edib müsabiqəyə qoşulmalıdır. Ola bilər, qalib gəlməsinlər, amma burada əldə edəcəkləri biliklər, qazanacaqları təcrübə və yeni dostlar həyatda onlar üçün faydalı olacaq. 

Digər qalib Səkinə Vəliyeva Azərbaycan Dövlət İqtisad Uni­versitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə baka­lavr təhsili alıb. Daha sonra təh­silini Böyük Britaniyanın Man­çester Universitetində kompüter elmləri və biznes idarəetmə ixti­sası üzrə davam etdirib. İsveçrə­nin Lozanna Universitetində id­man təşkilatlarının idarə olunması ixtisası üzrə magistr təhsili alıb. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsində proqram meneceri vəzifəsində çalışır. Beynəlxalq Olimpiya Komitəsi Olimpiya Kanalı Komissiyasının üzvüdür.

Səkinə Vəliyeva “Yüksəliş” qələbəsinin yaratdığı üstün im­kanları minnətdarlıqla qeyd etdi:

– 13 min 474 idarəçinin iş­tirak etdiyi yarışda 22 nəfər qa­lib arasında önə çıxmaq böyük şansdır. Uğur düsturu isə sadədir: məqsədyönlülük və davamlı inki­şaf!

Yarışmanın təşəbbüskarı Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm! Mü­sabiqəni təşkil edənlərin zəhməti­ni heç vaxt unutmayacağam.

“Yüksəliş” qalibi olmuş gənc­lərimizi təbrik edir, onlara daha böyük uğurlar arzulayırıq.

Rüfət MƏHƏRRƏMOV



Sosial həyat