Qarın niyə şişir?

post-img

Şişman qarın təkcə zahiri eybəcərlik deyil, həm də sağlamlığın pozulmasının göstəricisidir. Mədədə şişkinlik, qarında köp hər 10 insandan birinə əziyyət verir. Səbəbi isə 90 faiz necə qidalanmağımızdır. 

Qastroenteroloq Aleksandra Alisovanın sözlərinə görə, meyvə şəkəri, yəni fruktoza yalnız meyvə və tərəvəzlərin tərkibində deyil, həm də ondan tez-tez sənaye məhsullarını şirinləşdirmək üçün istifadə olunur. Fruktoza kiçik bağırsaqdan qana məhdud dərəcədə sovrula bilər. Buna görə də meyvələrlə deyil, zərərli sənaye məhsulları ilə də ehtiyatlı olmaq lazımdır. Bunlar hansılardır?

– Çörək və qatıq, həmçinin limonad, kola, ketçup kimi souslar.

Meyvələr nə qədər şirin olarsa, şişkinlik riski bir o qədər yüksəkdir. Tərkibində yüksək fruktoza olduğu üçün onlar gec həzm olunur.

Aşağıdakı meyvə növlərində fruktoza xüsusilə yüksəkdir:

– Qarpız, üzüm, şaftalı, yetişmiş banan, gavalı, kişmiş. 

Tərəvəzlər də faydalıdır, lakin təəssüf ki, onlar da meteorizmə səbəb ola bilər. 

Ən çox fruktoza bu tərəvəzlərdə olur:

– Qulançar, soğan, uzun soğan, kəvər, ənginar, çuğundur.

Buğda, arpa və çovdar kimi taxıllarda qlüten var. O, dözümsüzlüyü olan insanlarda şişkinliyə səbəb ola bilər. Bunlar bağırsaqlarda stress yaradır.

Z.HÜSEYNLİ, “Xalq qəzeti”

 

Sosial həyat