Şəmkirdə Milli Mətbuat Günü tədbiri səmimiyyəti ilə yadda qaldı

post-img

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev 22 iyul - Milli Mətbuat Günü münasibətilə bölgədə fəaliyyət göstərən jurnalistlərlə görüşüb.

İcra hakimiyyətinin başçısı media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edib, gələcək işlərində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan mətbuatının yaranması tarixindən, media ilə dövlət qurumlarının əməkdaşlığından danışılıb. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyətin bütün sahələrini əhatə edən köklü islahatların söz və mətbuat azadlığını da əhatə etdiyi, maneələrin aradan qaldırılaraq medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldığı vurğulanıb. 

Rayon rəhbəri eyni zamanda son illər Şəmkir rayonunda görülən işlər, layihələr barədə KİV nümayəndələrinə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb. 

Rəşad Tağıyev mətbuatla səmərəli əməkdaşlığın bundan sonra da davam edəcəyindən əminliyini bildirib.

Səmimiyyəti ilə yadda qalan görüşdə jurnalistlərə RİH başçısının Fəxri Fərmanları təqdim olunub.

Hamlet Qasımov,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

                                                       

 

 

 

 

 













Sosial həyat