Goranboyda "22 iyul Milli Mətbuat Günü"

post-img

22 iyul Mətbuat Günü ilə əlaqədar Goranboyda  “Ulu Öndər Heydər Əliyevin Azərbaycan Mətbuatının inkişafında rolu" mövzusunda tədbir keçirilmişdir.

Rayon icra hakimiyyətinin təşkilatçılığı, kütləvi informasiya vasitələri nümayəndələri və bir qrup ictimai fəal və ziyalının iştirakı ilə Heydər Əliyev Mərkəzində təşkil olunan tədbir Ümummilli Liderimizin rayon mərkəzində ucaldılmış abidəsini ziyarətlə başlamışdır. Daha sonra Mərkəzin foyesində Ulu Öndərin şərəfli həyat və fəaliyyətini özündə əks etdirən foro-stendlərlə tanışlıq olmuşdur. 

Tədbirdə kütləvi informasiya vasitələrinin Qərb bölgəsi üzrə təmsilçiləri, rayon fəalları, ziyalılar çıxış edərək jurnalistləri bayram münasibətilə təbrik etmiş, ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin milli mətbuatımızın inkişafındakı xidmətlərindən, mətbuat işçilərinə göstərilən diqqət və qayğıdan danışmışlar. 

Sonda bir qrup jurnalistə  rayon icra hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim edilmişdir.

 Hamlet Qasımov,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

















Sosial həyat