1. Yer kürəsinin ən quraq yeri Antarktidanın Quru Vadiləridir, burada 2 milyon ildir yağıntı yoxdur.
2. Afrika əhalisi ən çox dildə danışan qitədir. Onların sayı 2 mini keçir. Bunlardan ən nadiri bikya dilidir. 1998-ci ildə Kamerun və Nigeriya sərhədində yerləşən kənddə yalnız 87 yaşlı bir qadın bu dildə danışırdı.
3. İstanbul dünyada 2 qitədə yerləşən yeganə şəhərdir.
4. Kosta Rikanın nizami ordusu yoxdur.
5. Kanadada dünyanın qalan hissəsindən daha çox göl var.
6. Ən kiçik dövlətlər: Vatikan 0,44 kv.km. Əhalisi 770 nəfər; Monako 1,9 kv. km. Əhalisi 32 min nəfər; Nauru 21 kv. km. Əhalisi 13 min nəfər; Tuvalu 25 kv. km. Əhalisi 12 min nəfər; San Marino 61 kv. km. Əhalisi 29 min nəfər.
P.ƏFƏNDİ, “Xalq qəzeti”

