Dünən növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçın şəhərinə yola salınıb. Bu dəfə Laçına 79 nəfərlik 22 ailə köçürülüb.
Laçın şəhərinə ailələrin yola salınması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın Rayоn İcra Hakimiyyətinin rəsmiləri iştirak ediblər.
Xatırladaq ki, indiyədək Laçın şəhərində 503 nəfərdən ibarət 133 ailənin daimi məskunlaşması təmin edilib. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşırlar.
“Xalq qəzeti”

