DSX "Xalq qəzeti"ni Milli Mətbuat Günü münasibətilə təbrik etdi

post-img

22 iyul - Milli Mətbuat Günü münasibətilə Dövlət Sərhəd Xidməti (DSX) Aparatında tədbir keçirilib. 

DSX rəisi general-polkovnik Elçin Quliyevin Milli Mətbuat Günü münasibətilə təbriki iştirakçılara çatdırılıb. Eyni zamanda, DSX-nin struktur qurumlarının xidməti-döyüş fəaliyyətinin təşkili, dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin olunması üzrə həyata keçirilən fəaliyyətlər barədə ictimaiyyətin operativ məlumatlandırılması, gənclər arasında hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, sərhədçi peşəsinin təbliği sahəsində kütləvi informasiya vasitələri ilə əməkdaşlığın xüsusi rolu vurğulanıb. DSX-nin KİV-lə əlaqələrinin inkişafından məmnunluq ifadə edilib, faydalı əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminlik bildirilib. 

Tədbirin sonunda DSX rəisinin əmrinə əsasən mətbuat sahəsində əməkdaşlığa verdiyi töhfələrə görə bir qrup KİV nümayəndəsi medal və Fəxri Fərmanlarla təltif edilib. DSX "Xalq qəzeti"nin kollektivinə də Fəxri Fərman təqdim edib. 

 

Rizvan FİKRƏTOĞLU,

"Xalq qəzeti"

Sosial həyat