Türkiyə məhkəməsi İsveçdə Quranı yandıranın həbsi ilə bağlı order verib

post-img

Ankara Cinayət Məhkəməsi Danimarkanın ultrasağçı “Sərt kurs” partiyasının lideri Rasmus Paludanın həbsi ilə bağlı order verib. Məlumatı “Anadolu” yayıb.

Bir qədər əvvəl Türkiyənin Baş Prokurorluğu yanvarın 21-də Türkiyənin Stokholmdakı səfirliyinin binası qarşısında Quranın yandırılması ilə əlaqədar Paludana qarşı istintaqa başlayıb.  

Ektremistə qarşı “əhalinin bir hissəsi tərəfindən qəbul olunmuş dini dəyərlərin ictimai qaydada təhqir edilməsi” ittihamını irəli sürülüb. Baş Prokurorluq istintaq çərçivəsində Poludanın “ifadə vermək üçün” tutulması haqqında məhkəməyə sorğu ilə müraciət edib. 

Məhkəmə vəsatəti təmin edib. 

Paşa ƏMİRCANOV, 

“Xalq qəzeti”

 

Dünya