Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Göygöl Rayon İcra Hakimiyyətinin, nazirliyin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin, Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin, Göygöl Meşə Mühafizəsi və Bərpası İdarəsinin dəstəyi ilə Göygöl rayonu Şəhriyar kəndi ərazisində növbəti təmizlik aksiyası keçirilib.
Aksiyanın məqsədi rayon ərazisində ətraf mühitin məişət və digər tullantılarla çirklənməsinin qarşısını almaq, əhalini tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması isitqamətində maarifləndirmək, o cümlədən insanların ətraf mühit mühafizəsinə münasibətini dəyişməklə ekoloji vəziyyətin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir.
Təmizlik aksiyasında Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Qocayev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin müdiri Azər Quliyev və könüllülər iştirak ediblər.
Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri