Goranboy 6 ayın hesabatını verdi

post-img

         Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin iştirakı ilə Şura iclası keçitrilib. İcra hakimiyyəti başçısı yanında fəaliyyət göstərən şura  iclasında rayonun xidmət sahələrinin rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri və  bir qrup rayon fəalı iştirak etmişdir. 

         Şurada “2023-cü ilin birinci yarımilliyində rayonun sosial-iqtisadi inkişafı, ictimai-siyasi və mədəni sahəsində görülmüş işlər və bu sahədə verilmiş tapşırıqların icra vəziyyəti”, “Qanunsuz tikintilərin qarşısının alınması ilə əlaqədar görülən tədbirlər haqqında”, “Şəhid ailələri və qazilərlə aparılan işlərin təhlili”, “Dövlət və bələdiyyə mülkiyyətinə aid torpaqlardan istifadənin vəziyyəti” və rayonda həlli vacib digər məsələlər geniş müzakirə edilmişdir. 

          Nəzərdə tutulan məsələlərin icrasını təmin etmək, müvafiq işləri operativ həyata keçirmək üçün icra hakimiyyətinin başçısı tərəfindən müvafiq təşkilat rəhbərlərinə tapşırıq və tövsiyələr verilmişdir.

                         Hamlet Qasımov, 

“Xalq qəzeti”nin bölgə müxbiri

 







Sosial həyat