Mingeçevir
“Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, məqsədyönlü qərarları ilə qısa müddətdə respublikamızın sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub”.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Gənclər Evində keçirilən “dəyirmi masa”da daha sonra bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə milli adət-ənənələrimizin, mədəniyyətimizin, təhsilimizin, elmimizin, dilimizin, ideologiyamızın, ümumilikdə bütün sahələrin inkişaf etdirilməsində mühüm rolu olmuşdur.
Tədbirdə çıxış edənlər Ulu öndərin əsasını qoyduğu ideyaların bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini bildiriblər.
Ağstafa
Ağstafada ümummilli lider Heydər Əliyevin 14 iyul 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişinə həsr olunmuş toplantı keçirilib.
Heydər Əliyev Mərkəzində təşkil edilən məclisdə Ulu öndərin zəngin və mənalı həyatından bəhs olunan sənədli film nümayiş etdirilib.
Ağstafa RİH başçısı Seymur Orucov xalqımızın tarixi taleyində misilsiz rol oynamış Ulu öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlməsinin tarixinin əhəmiyyətindən söz açıb. O bildirib ki, dünya şöhrətli siyasi xadim o illərdə öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb.
Çıxış edənlər 1969–1982-ci illəri haqlı olaraq Azərbaycanın intibah dövrü adlandırıblar.
Şamaxı
Şamaxı Rayon İcra Hakimiyyəti və YAP Şamaxı rayon təşkilatının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinə həsr olunmuş tədbir keçirildi.
Dəyirmi masanı giriş nitqi ilə açan rayon icra hakimiyyəti başçısı Tahir Məmmədov bildirdi ki, 1969-cu il 14 iyulundan başlayan intibah illəri Azərbaycanın tarixinə hərtərəfli təqəqqi dövrü kimi daxil olub. O dövrdə ulu öndərin müstəsna səyləri ilə Azərbaycanın gələcək müstəqilliyinin əsasları yaradılmışdı.
Digər çıxış edənlər 14 iyul tarixinin xalqımızın taleyində oynadığı misilsiz roldan danışdılar. Qeyd edildi ki, məhz həmin dövrdən başlayaraq Azərbaycanın hər yerində olduğu kimi Şamaxıda da intibah dövrünün əsasının qoymuşdu.
Şəmkir
Şəmkirin Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda tədbirdə Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Sonra rayon icra hakimiyyəti başçısının birinci müavini Süleyman Zeynallı bildirib ki, Azərbaycan xalqı Heydər Əliyevin 1969-cu ildə respublikaya rəhbər vəzifəyə təyin olunmasını tarixi hadisə kimi qiymətləndirir və eyni zamanda, ikici dəfə hakimiyyətə gəlişini xalqın qurtuluşu hesab edir.
YAP Şəmkir Rayon Təşkilatının sədri Fəxrəddin Vəliyev və digər çıxış edənlər də Ulu öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs ediliblər.
Göyçay
Heydər Əliyev Mərkəzinin konfrans zalında ümummilli lider Heydər Əliyevin Azərbaycanada hakimiyyətə gəlişinin 54-cü ildönümü münasibətilə dəyirmi masa keçirildi.
Məclisi giriş sözü ilə açan Göyçay Rayon İcra Hakimiyyətinin başçısının müavini Zivər Zeynalova bildirdi ki, bu il 100 illiyini qeyd etdiyimiz Ümummilli liderin ilk dəfə hakimiyyətə gəldiyi 1969-cu il 14 iyul günü xalqımızın tarixi taleyində misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir.
Çıxış edənlər də Ulu öndərin ölkəyə birinci rəhbərliyi illəri yüksəliş dövrü, müstəqilliyin təməllərinin yaradıldığı mərhələ kimi dəyərləndiriblər.
Goranboy
Goranboyda rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində 14 iyul 1969 cu ildə ümummilli lider Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlişi mövzusunda konfrans keçirilmişdir.
Məclisdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev demişdir ki, Ümummilli lider öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir
Konfransda çıxış edən natiqlər də 1969-cu ilin 14 iyulunu xalqın taleyinə yazılmış işıqlı bir günün başlanğıcı kimi qiymətləndirdilər.
Zaqatala
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişinin ildönümü münasibətilə dünən Zaqatala şəhərində müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Məclisdə Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədov bildirmişdir ki, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycanda sürətli inkişaf mərhələsinin təməli qoyulmuşdur.
Digər çıxışlarda Ümummilli liderin xalqımız qarşısındakı əvəzsiz xidmətləri bir daha xatırlanmışdır. öz layiqli yerini tutmuşdur.
Hamlet QASIMOV,
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbirləri