Heydər Əliyev və yeni liderlik

post-img

2023-cü ilin “Heydər Əliyev” ili elan edilməsi ilə əlaqədar “Heydər Əliyev və yeni liderlik: fəlsəfi-elmi təhlil” kitabı işıq üzü görüb. Monoqrafiyada Ulu öndərin Prezident-Lider kimi fəaliyyəti liderologiya-fəlsəfə-elm konteksində müasir fənlərarası elmi metodologiya tətbiq edilməklə araşdırılıb.

Müəllif fəlsəfə elmləri doktoru Füzuli Qurbanov Ümummilli liderin irsinin tə­dqiqində ciddi fəlsəfi-elmi yanaşmaya keçməyin faydalı ola biləcəyini əsaslan­dırmağa çalışıb. Bu məqsədlə Heydər Əli­yevin dövlət başçısı və lider kimi fəaliyyəti konkret olaraq sinergetikada mövcud olan metodoloji prinsiplər əsasında müəllifin hazırladığı yanaşma prizmasında təhlil edilib. Həmin prinsiplər belədir: qeyri-xət­tilik, intersubyektivlik, emercent interfeys, multifraktallıq və təşəkkül.

Monoqrafiyada vurğulanan fənlərarasımetodoloji prinsiplər işığında Heydər Əli­yevin müasir müstəqillik mərhələsində Prezident və Lider kimi təcrübəsinin başlı­ca məqamları fəlsəfi baxımdan araşdırılıb.

O cümlədən, Ulu öndərin siyasi varis­lik prinsipinin fəlsəfi-elmi analizi aparılıb. Alınan fəlsəfi qənaətlər əsasında Heydər Əliyevin uğurlu Liderlik Məktəbinin möv­cudluğu və həmin kontekstdə Prezident İlham Əliyevin XXI əsrdə yeni uğurlu lider­lik nümunəsi yaratdığı sübut edilib.

“Xalq qəzeti”

Sosial həyat