Ölkəmizdə hərtərəfli tərəqqinin təməlinin qoyulduğu gün

post-img

YAP Ağsu rayon təşkilatının inzibati binasında rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Ulu öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda toplantı keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rövşən Ba­ğırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ziya­lılar, ağsaqqallar, Vətən müharibəsi şəhidlərinin ailələri, qa­zilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə ulu öndərin abidəsini ziyarət ediblər. Tədbirin əvvəlində Dövlət himni səsləndirilib. Sonra Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirən video-film nü­mayiş etdirilib. 

Toplantıda çıxış edənlər ulu öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul gününün xalqımızın taleyində oynadığı misilsiz rolundan, dünya şöh­rətli siyasi xadimin müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı salnaməsini yaratmasından bəhs ediblər.

Natiqlər vurğulayıblar ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı ümummilli liderin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu Öndər həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamı­zın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Bildirilib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

Sosial həyat