Oynaq ağrıları üçün olan bu resept qədim Altay xalqlarının təbabətində əvəzolunmaz hesab edilir. Bu reseptlə məlhəm necə hazırlanır?
6 çay qaşığı iri dənəvər duz və 6 çay qaşığı hər hansı təmizlənməmiş bitki yağı şüşə qabda qarışdırılır. Bir gün qaranlıq yerdə saxlanılır. Ertəsi gün ağrıyan nahiyəyə çəkib masaj edilir.
Xəstələrin vəziyyətini yaxşılaşdırmaq üçün bəzi həkimlər natrium xloridin istifadəsini tövsiyə edir. Bu da dəniz duzundan başqa bir şey deyil. Artrit, artroz, sümük bazasında hər hansı bir metabolik dəyişiklik üçün dərman müalicəsi ilə yanaşı, kompreslər, duz məhlulları ilə sarğı istifadə olunur.
Z.HÜSEYNLİ, “Xalq qəzeti”