Beyinin sağlam qalması üçün düzgün qidalanmaq vacibdir. Duzla zəngin qidalar hipertoniyanın inkişafına kömək edir və beyin xəstəlikləri riskini artırır. Nevroloqların fikrincə, hipertoniya zamanı beyində yalnız damarların keçiriciliyi yox, həm də sayı azalır, qan dövranı pozulur.
Qidada heyvani yağların çox olması aterosklerozun inkişafına kömək edir, bu zaman damarlarda xolesterin toplanır və beyinə qan axınını pozur. Yağların məhdudlaşdırılması da beyinə mənfi təsir göstərir. Ət, qaraciyər, heyvan yağı, kərə yağı, yumurta sarısında neyronların fəaliyyəti üçün lazımi maddələr var.
Orqanizm yağ alan zaman qanda xolesterinin səviyyəsinə nəzarət edilməlidir. Beyin ciddi pəhrizə dözmür, o enerjiyə ehtiyac duyan orqandır. İstənilən pəhriz zərərlidir, çünki vitaminlər, mikroelementlər çatışmazlığı riski var. Yeməklər arasında uzun fasilələr də bəzən beyinə mənfi təsir göstərir.
Z.HÜSEYNLİ, “Xalq qəzeti”