Yeni dəniz yaranacaq

post-img

Alimlər xəbərdarlıq edirlər ki, Afrikadan keçən nəhəng çatlar qitəni ikiyə bölərək yeni dəniz yaradacaq. 

Bu hadisə cənub-şərq sahilləri bo­yunca Efiopiyadan Mozambikə qədər yeni dənizin yaranmasına səbəb ola­caq. 

Şərqi Afrika Rifti kimi tanınan və 22 milyon ildən artıqdır ki, mövcud olan bu çatlar son onilliklərdə aktiv olub. 

Qeyd edək ki, 2005-ci ildə Efiopiya yaxınlığında, 2018-ci ildə isə Keniyada güclü leysan yağışlarından sonra 35 mil uzunluğunda çat meydana gəlmişdi. 

Elm adamları, həmçinin iki tektonik plitənin - şərqdə Somali və qərbdə Nu­biyanın bir-birindən uzaqlaşdığını proq­nozlaşdırırlar. 

F. HÜQUQQIZI, “Xalq qəzeti”

Dünya