Harvard-Smitson Mərkəzinin və Şimali Arizona Universitetinin astronomları Andromeda qalaktikasında yerləşən və Volf-Rayet tipinə aid olan 19 qeyri-adi ulduz aşkar ediblər.
Volf-Rayet (WR) ulduzları qeyri-adi spektrə malik, nadir heterogen qrupudur. Belə ulduzların spektrində əsasən ionlaşmış helium, azot və ya karbonun geniş emissiya xətləri nəzərə çarpır. Bu ulduzlar digərlərindən daha istidir və çox parlaqdır. İndiyədək bir neçə yüz belə ulduz aşkar edilmişdir ki, onların əksəriyyəti Süd Yolundadır.
Yeni kəşf edilmiş WR-lər daha qırmızı olduqlarına görə, Andromeda Qalaktikasındakı belə ulduzların məlum nümunələrindən daha zəif olublar.
Qeyd edilib ki, yeni kəşf edilmiş WR ulduzlarının böyük əksəriyyəti qeyri-kafi müşahidə həssaslığı səbəbindən ümumi qalaktika tədqiqatında aşkar edilməmişdi. Astronomlar əlavə ediblər ki, azot xətlərinin orta böyüklüyü əvvəllər məlum olanlarla müqayisədə 21-dir (əvvəlkilərdə bu göstərici 19,2 idi). Ulduzun ölçüsü nə qədər aşağıdırsa, o daha parlaqdır.
P.ƏFƏNDİ, “Xalq qəzeti”