Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Peşəkar idman və tibb” kitabının təqdimatı keçirilib.
Kitabın müəllifləri olimpiya çempionu, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Fərid Mansurov və Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun şöbə müdiri, “Xarı Bülbül” Şuşa Voleybol klubunun prezidenti Fatma Hacıyevadır.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək Azərbaycan tibbinin inkişafından və tibb elminin strukturunda idman təbabətinin yerindən bəhs edib. Kitabın müəllifləri - Fərid Mansurov, Fatma Hacıyeva idmanın tarixindən, cəmiyyətdəki mahiyyətindən, onun inkişafında tibbin rolundan danışıblar.
MOK-un Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, Azərbaycan Respublikası Dövlət Elmi Tibb Kitabxanasının direktoru Yeganə Pirəliyeva, taekvondo üzrə Avropa və dünya çempionatlarının mükafatçısı Fəridə Əzizova və başqaları idmançıların sağlamlıq məsələlərinin, onlara göstərilən tibbi yardımın xüsusiyyətlərinin araşdırıldığı kitab haqda fikir bildiriblər.