Dünən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
QH Əlaqələndirmə Bürosunun nazirlər görüşünə qatılan nümayəndə heyətlərinin rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə xarici işlər naziri Ceyhun Bayramov cıxış edərək Ulu öndərin dövlətçiliyimizin əsasının qoyulması və qorunması istiqamətində çoxşaxəli və fədakar fəaliyyətindən geniş bəhs edib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə və Azərbaycan qardaşlığını “Bir millət, iki dövlət” kəlamı ilə təsvir edən dahi şəxsiyyətin Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsində müstəsna xidmətlərini xatırladıb.
Keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasının sonuncu xarici işlər naziri, Qoşulmama Hərəkatının əsasının qoyulduğu Bandunq Konfransında şəxsən iştirak etmiş Budimir Lonçar xüsusi qonaq qismində Əlaqələndirmə Bürosunun nazirlər görüşünə dəvətə görə minnətdarlıq bildirib. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın iqtisadi və sosial inkişafı, onun region və dünya ölkələri ilə münasibətlərinin möhkəmləndirilməsi, habelə Azərbaycan Respublikasının beynəlxalq arenada nüfuzunun artırılmasında müstəsna rolu qeyd edilib.
Daha sonra iştirakçılar Ulu öndərin anadan olmasının 100 illiyinə həsr olunmuş videoçarxı izləyiblər.
Q.Qasımov, “Xalq qəzeti”