Naxçıvan uşaqlarının yubiley töhfəsi

post-img

Naxçıvanda uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri şagirdləri arasında ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ifaçılıq, rəqs və rəsm müsabiqələrinə yekun vurulub. 

Cəlil Məmmədquluzadə adına Naxçı­van Dövlət Milli Dram Teatrında Muxtar Respublika Mədəniyyət Nazirliyinin təşkil etdiyi sənət yarışmasının qaliblərinin mü­kafatlandırılması mərasimi keçirilib. Məc­lis müsabiqə iştirakçılarının əl işlərindən ibarət sərgiyə baxışla başlayıb. 

Rəsmi hissədə Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müa­vini Həsən Kərimov bildirib ki, müsabiqə­nin məqsədi, əsaslarını ulu öndər Heydər Əliyevin yaratdığı dövlət uşaq siyasətinə uyğun olaraq, istedadlı gənc və yeniyet­mələri aşkar edib üzə çıxarmaq, onların yaradıcılıq potensialını inkişaf etdirmək­dir. Ümumilikdə, 20 nominasiya üzrə keçirilən müsabiqəyə 26 uşaq musiqi, in­cəsənət və bədii sənətkarlıq məktəbinin 1000-ə yaxın şagirdi qoşulub. 

Mərasimdə qaliblərlə yanaşı, onlara rəhbərlik etmişcvə müsabiqənin təşki­lində fərqlənmiş müəllimləədə fəxri fər­man və diplomlar təqdim edilib. Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbi qalib iştirakçıların sayına görə fərqləndiyi üçün “İlin məktəbi” adına layiq görülüb.

Mərasimin bədii hissəsi müsabiqə qa­liblərinin ifasında konsertlə davam edib. 

Səbuhi HƏSƏNOV,
“Xalq qəzeti”

Sosial həyat