Ceyhun Bayramov görüşlər keçirib

post-img

Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiyanın kralı III Çarlzla görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində məlu­mat paylaşılıb.

Bildirilib ki, Ceyhun Bayramov Bö­yük Britaniyaya işgüzar səfəri çərçivə­sində Ukraynanın Bərpası Konfransı öncəsində III Çarlzın Müqəddəs Cey­ms Sarayında təşkil etdiyi qəbulda iş­tirak edib.

***

Birləşmiş Krallığa işgüzar səfər çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov dünən Birləşmiş Krallığın xarici işlər, birlik və inkişaf məsələləri üzrə dövlət katibi Ceyms Kleverli ilə görüşüb.

Tərəflər Azərbaycan-Birləşmiş Krallıq arasında Strateji Dialoqun gün­dəliyində duran məsələləri, siyasi, iqti­sadi, enerji və humanitar sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçi­vəsində əməkdaşlığın hazırkı vəziy­yəti və inkişaf perspektivləri, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələri, habelə regional təhlükəsizlik və postmünaqişə vəziyyəti ilə bağlı müzakirələr aparıb­lar. İki ölkə arasında mövcud dialoq, qarşılıqlı səfərlər və təmasların, o cümlədən siyasi məsləhətləşmələrin münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildirilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mü­badiləsi aparılıb.

***

Sonra xarici işlər naziri Ceyhun Bayramov Albaniyanın Avropa və xa­rici işlər naziri Olta Xaçka ilə görüşüb.

Söhbət zamanı tərəflər iki ölkə ara­sında ikitərəfli müstəvidə və çoxtərəfli əməkdaşlıq formatları çərçivəsində mövcud olan əməkdaşlıq əlaqələri barədə fikir mübadiləsi aparıblar. Bey­nəlxalq təşkilatlar çərçivəsində qar­şılıqlı əsasda dəstəkdən məmnunluq ifadə edilib.

Tərəflər, həmçinin enerji sahəsin­də əməkdaşlıq, ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişaf perspektivləri, regi­onal təhlükəsizlik məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər mövzu­lar barədə fikir mübadiləsi aparıblar. 

***

Həmin gün Ceyhun Bayramov ilə Şimali Makedoniyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Bu­yar Osmani arasında da görüş keçirilib.

Söhbət zamanı Azərbaycan-Şi­mali Makedoniya arasında ikitərəfli əlaqələr, ATƏT gündəliyində duran məsələlər, habelə sülh prosesinin cari vəziyyəti müzakirə edilib. Tərəflər iki ölkə arasında əlaqələrin inkişafı üçün müxtəlif səviyyələrdə qarşılıqlı səfərlə­rin və ikitərəfli görüşlərin əhəmiyyətini vurğulayıblar.

Qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.

***

Görüşdə tərəflər iki ölkə arasında əlaqələrin inkişafı üçün müxtəlif səviy­yələrdə qarşılıqlı səfərlərin və ikitərəfli görüşlərin əhəmiyyətini vurğulayıblar.

Görüş zamanı, həmçinin Azər­baycanın keçmiş münaqişənin nə­ticələrinin aradan qaldırılması üzrə səyləri, münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya işləri barədə prioritetləri barədə məlumat verilib. Əsas məqsəd olan sülh müqa­viləsinin imzalanması ilə Azərbaycan və Ermənistan arasında dövlətlərarası səviyyədə normallaşmaya dair ölkəmi­zin baxışı diqqətə çatdırılıb. Ermənis­tanın bu cür səylərə zərbə vuran ma­neələri və hərbi-siyasi təxribatları qeyd olunub. 

***

Ceyhun Bayramov Birləşmiş Kral­lığa işgüzar səfəri çərçivəsində Ukray­na Bərpa Konfransında iştirak və çıxış edib.

Ceyhun Bayramov çıxışında çox­saylı insan tələfatı və humanitar fə­lakətə səbəb olan Ukrayna ətrafında yaranmış vəziyyətin Avropada sülh və təhlükəsizliyə böyük təhdid olduğunu bildirib. Bu xüsusda, Azərbaycanın yaranmış bu böhranın Ukraynanın su­verenliyi və ərazi bütövlüyü çərçivəsin­də ən qısa zamanda həllini tapmasını dəstəklədiyi qeyd olunub.

Nazir Ceyhun Bayramov, Azər­baycanın vəziyyətin gərginləşdiyi ilk günlərdən, 2022-ci il fevralın 27-dən başlayaraq Ukraynaya ilk humanitar yardımlarını göndərdiyini diqqətə çat­dırıb. Ceyhun Bayramov Azərbaycanın ötən əsrin 90-cı illərindəki acı təcrübə­sinə istinadən müharibə və münaqişə dövründə mülki əhalinin, xüsusilə də uşaqların cəmiyyətin ən həssas seq­mentlərindən birini təşkil etdiyini yax­şı anladığımızı bildirib. Bu xüsusda, ölkəmiz tərəfindən Ukraynadan olan 100 uşağa tibbi və sosial-psixoloji re­abilitasiya xidmətlərinin göstərildiyi, ilin sonuna qədər bu rəqəmin iki dəfə ar­tırılmasının planlaşdırıldığı qeyd edilib.

Azərbaycanın postmünaqişə döv­ründə bərpa və yenidənqurma təcrü­bəsinə istinad edən nazir Ceyhun Bay­ramov, Ermənistan işğalından azad olunmuş ərazilərdə genişmiqyaslı qu­ruculuq işlərinin aparıldığını qeyd edib. Bu xüsusda, Ermənistan tərəfindən dəqiq mina xəritələrinin verilməmə­sinin, habelə mina təhdidinin davam etdirilməsinin görülən işlərə hədə törət­diyi diqqətə çatdırılıb. Mövcud çətinlik­lərə baxmayaraq, Azərbaycanın mina təmizləmə sahəsində də Ukrayna üçün avadanlıq təmin etmək niyyətində ol­duğu bildirilib.

Nazir Ceyhun Bayramov, Azərbay­canın postmünaqişə dövründə bərpa işləri ilə bağlı təcrübəsini və dəstəyi­ni əsirgəmədiyini diqqətə çatdıraraq, ölkəmizin artıq Ukraynada aparılan bir sıra quruculuq işlərinə, o cümlədən İr­pin şəhərində məktəbin bərpa edilmə­sinə dəstək göstərdiyini qeyd edib. 

Ukraynada bərpa və yenidənqurma səylərinə göstərdiyimiz dəstəyimizin bundan sonra da davam etdiriləcəyi bildirilib.

“Xalq qəzeti”





Son xəbərlər