Başda qan dövranını nə yaxşılaşdırır?

post-img

Fitoterapistlərin fikrincə, qanın beyinə daha yaxşı getməsinə kömək edən bitkilər var ki, onların bir çoxu əsrlər boyu sınaqdan keçirilib. 

Qıfotu.Tərkibinə beyin toxu­malarında maddələr mübadiləsini aktivləşdirən, həmçinin mikrosir­kulyasiyanı yaxşılaşdırmaq, ate­rosklerotik çöküntülərin qarşısını almaq qabiliyyətinə malik olan al­kaloidlər daxildir. 

Kəklikotu. Təsadüfi deyil ki, bu ot işemiya və arterial təzyiqin müalicəsi üçün is­tifadə edilən əksər preparatlara daxildir. Fakt budur ki, kəkli­kotu qanın dəqiqəlik həcmini artırır, kiçik kapilyarlarda da qan dövranını yaxşılaş­dırır. 

Valerian – pişikotu. Yüngül sakitləş­dirici təsirə malikdir, həmçinin beynin məlumat emalını sti­mullaşdırır. Effektiv və təhlükəsizdir. Çox istifadə edilir. 

Rozmarin. Mərkəzi sinir siste­mini patologiya riskindən qoruyur. İnsulinə bənzər təsiri var. Qeyd edək ki, rozmarinə mərzə, ət otu da deyirlər. 

Zərifə HÜSEYNLİ, “Xalq qəzeti”

Sosial həyat