Yenə yağış, yenə dolu...

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin ver­diyi məlumata əsasən iyunun 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağ­mursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 17-22°, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi normadan aşa­ğı 754 mm civə sütunu, nisbi rütubət 55-65 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Şimal çimərliklərin­də: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, Cənub çimər­liklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24- 25° isti olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güc­lənəcək. Havanın temperaturu gecə 16-21°, gündüz 29-34° , dağlarda gecə 7-12°, gündüz 12-17° isti olacaq. 

Q.QASIMOV, “Xalq qəzeti”

Ekologiya