Çin 1 raketlə orbitə 41 peyk çıxarıb

post-img

Bu günlərdə Çində “Böyük yürüş-2D” (“Long March-2D”) daşıyıcı raketi ilə orbitə 41 peyk çıxarılıb. Bu, Çinin eyni daşıyıcı raketlə orbitə ən çox peyk çıxarmasıdır. Bundan əvvəlki rekord iyunun 7-də “Licien-1” raketi ilə orbitə 26 peykin çıxarılması olub. 

“Böyük yürüş-2D” raketinin orbitə çıxardığı peyklər torpaq ehtiyat­larının, mineral resursların və “ağıllı şəhər” layihələri üzrə məlumatla­rın məsafədən zondlanması üçün istifadə olunacaq. Orbitə çıxarılmış obyektlərdən 36-sı “Cilin-1” seriyasındadır. Bununla orbitdəki “Cilin-1” peyklərinin sayı 108-ə yüksəlib. 

“Xalq qəzeti”

Dünya