Mədəniyyət xəbərləri

post-img

Azərbaycanın Türkmənistandakı səfirliyi Xalq şairi Zəlimxan Yaqubun ulu öndər Heydər Əliyevə həsr etdiyi “Əbədiyyət dastanı” poemalar kitabını türk­mən dilinə tərcümə etdirərək, nəfis şəkildə çapını reallaşdırıb. 

Səfirlikdə 15 İyun – Milli Qurtuluş Günündə kitabın təqdimatı keçirilib. Səfir Həsən Zeynalov kitaba “Böyük ömrün dastanı” və “Böyük ömrün davamı” poema­larının daxil olunduğunu qeyd edib. Nəşr Heydər Əliyev haqqında poetik elegiya­dır. 

Kitabı türkmənistanlı şair Akmurad Rəcəbov və səfirliyin müşaviri Mikayıl Yu­sifov tərcümə ediblər. Nəşrdə Azərbaycanın Xalq rəssamı Arif Hüseynovun illüstrativ əsərlərindən istifadə olunub. İlk nüsxəsi Türkmənistanın xarici işlər nazirinə təqdim edilib. 

*** 

AZƏRTAC-ın xüsusi müxbiri Şahin Cəfərov Çin Dövlət Şurası İnformasiya Ofisinin təşkilatçılığı ilə bu ölkədəki xarici jurnalistlərlə birlikdə Tibet Muxtar Rayo­nuna səfərə yollanıb. Bu, Azərbaycan jurnalistinin Ti­betə ilk səfəridir. 

Dünyanın ən qədim yaşa­yış məskənlərindən biri olan, ərazisinin çoxunun dəniz sə­viyyəsindən 4 min metr yük­səklikdə olmasına görə Tibeti “dünyanın tavanı” və ya “dün­yanın təpəsi” adlandırırlar. “Tibet” qədim türk dilindəki “təpə” sözündəndir. Jurna­listlər səfər çərçivəsində ta­rixi yerlərə baş çəkəcək, 5-ci Tibet Turizm və Mədəniyyət sərgisində iştirak edəcəklər. 

*** 

Masallıda “Heydər Əliyev İli” və 15 iyun Milli Qurtuluş Günü münasibətilə “Qurtuluş yürüşü 2023” adlı marafon keçirilib. 

Yürüş Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Atletika Fede­rasiyasının, Masallı Rayon İcra Hakimiyyətinin və Bakı Marafon Klubunun dəstəyi ilə reallaşıb. 

Marafon iştirakçıları rayonun Heydər Əliyev parkından start götürərək şəhər üzrə 10 km məsafəni qət etdikdən sonra finiş xəttinə çatıblar. Tədbiri “Halay” folk­lor kollektivi daha da rövnəqləndirib. Yürüşdə fərqlənənlər medal, diplom və qiy­mətli hədiyyələrlə təltif ediliblər. 

Ə.DOSTƏLİ, “Xalq qəzeti”





Mədəniyyət