Kremlin sözçüsü Dmitri Peskov martın 6-da bildirib ki, Moskva Tehranla daim dialoqdadır.
Məlumatı “İzvestiya.ru” verib.
“Biz İran tərəfi ilə dialoqdayıq. İran rəhbərliyinin nümayəndələri ilə dialoqdayıq. Və biz bu dialoqu mütləq davam etdirəcəyik”, - deyə o bildirib.
Martın 5-də Rusiya Təhlükəsizlik Şurasının (TŞ) katibi Sergey Şoyqu da Rusiyanın İran və Fars körfəzi dövlətləri ilə daim əlaqədə olduğunu və sülh prosesində fəal rol oynamağa hazır olduğunu qeyd edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə ölkəsinin İrana yardım və dəstək göstərməli olduğunu bildirib. O, həmçinin Rusiya və İranı “yaxın dostlar” adlandırıb.
P.ƏMİRCANOV
XQ

