“Bilgəh” istirahət mərkəzində Milli Qurtuluş Günü

post-img

Dövlət Təhlükəsizliyi Xidmətinin “Bilgəh” istirahət mərkəzində 15 İyun – Milli Qurtuluş Gününün 30-cu ildönümünə həsr edilmiş tədbir təşkil olunub. 

DTX-nın rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin rəhbər əməkdaş­ları, təhlükəsizlik orqanlarının veteranları tədbirdə iştirak ediblər. 

Ümummilli lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütöv­lüyü uğrunda canlarından keçmiş qəh­rəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Sonra “Bilgəh” istirahət mərkəzinin tarixini əks etdirən foto və video materi­allar, o cümlədən, mərkəzin 1953-cü ildə fəaliyyətə başlaması, ulu öndər Heydər Əliyevin təhlükəsizlik orqanının rəhbəri olduğu zaman birbaşa onun təşəbbüsü ilə 1968-ci ildə həmin mərkəzin keçmiş SSRİ Zaqafqaziya sərhəd dairəsinin balansından çıxarılaraq Azərbaycan təhlükəsizlik orqanına verilməsi, bu il is­tirahət mərkəzinin yaradılmasının 70 illi­yinin qeyd olunması iştirakçıların diqqə­tinə çatdırılıb. 

Bu mərkəz ömrünün 25 ilini təhlükə­sizlik orqanlarında xidmətə həsr etmiş dahi rəhbər Heydər Əliyevin sevdiyi mə­kan olub. Ulu öndər təhlükəsizlik orqan­larında çalışarkən yay aylarında ailə üzv­ləri ilə birlikdə istirahətini burada keçirib. 

Tədbir mədəni proqramla davam et­dirilib.

Sosial həyat