Müdafiə Nazirliyinin kollegiya iclası

post-img

İyunun 16-da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə bu ilin birinci yarısının yekunlarına dair Müdafiə Nazirliyinin kollegiya iclası keçirilib. 

Müdafiə Nazirliyinin mətbuat xidmə­tindən qəzetimizə bildirilib ki, Müdafiə na­ziri giriş nitqi ilə çıxış edərək Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin Azər­baycan Ordusunun Türkiyə Silahlı Qüv­vələrinin modeli əsasında inkişaf etməsi ordu quruculuğu istiqamətində aparılan islahatların müsbət nəticəsinin göstərici­sidir fikirlərini xüsusi vurğulayıb. 

İclasda 2023-cü ilin birinci yarısında bütün qoşun (qüvvə) növlərinin xidmə­ti-döyüş fəaliyyəti təhlil edilib, geniş mə­ruzələr dinlənilib.

Sonra Azərbaycan–Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraiti təhlil edilib. Ge­neral-polkovnik Z.Həsənov ordumuzun Ermənistan silahlı qüvvələri və qeyri-qa­nuni erməni silahlı dəstələrinin mövqelə­rimizi intensiv atəşə tutmasının və istə­nilən təxribatının qarşısının qətiyyətlə alınmasına hər an hazır olması barədə göstərişlər verib.

Müdafiə naziri Ali Baş Komandan tərəfindən 2023-cü ilin növbəti yarımili üçün Azərbaycan Ordusu qarşısında qo­yulan tapşırıqları kollegiya iştirakçılarına çatdırıb.

“Xalq qəzeti”

Son xəbərlər