Gənc ədliyyə əməkdaşları ilə görüş

post-img

Nazirlikdə keçirilən tədbirdə gənc­ləri əlamətdar yubiley - “Heydər Əliyev İli”ndə qulluğa qəbul olunmaları mü­nasibətilə təbrik edən nazir ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən, xilaskarlıq missiyasından danışıb, gənclərə qayğısını qeyd edib. Bildirib ki, Ümummilli Lider fəaliyyətinin bü­tün dövrlərində milli, o cümlədən hər­bi kadrların yetişdirilməsi, gənclərin hərtərəfli inkişafı üçün əvəzsiz xidmət­lər göstərib. Onun təməlini qoyduğu dövlət gənclər siyasəti bu gün Prezi­dent İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Bu istiqamətdə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən mühüm tədbirlər həyata ke­çirilir.

Çıxış edən gənclər bu əziz bayram günündə qulluğa qəbul olunmaların­dan böyük qürur hissi keçirdiklərini bildirib, şərəfli ədliyyə işçisi adını daim uca tutacaqlarını vurğulayıblar.

Yeni təyinat almış əməkdaşlar and içiblər, onlara xidməti vəsiqələr təqdim edilib.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”



Son xəbərlər